Ukrayna qoşunları Kurskdan mütləq çıxarılacaq PUTİN

19.12.2024

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putin “birbaşa xətdə” Kursk vilayətinin nə vaxt azad ediləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, Ukrayna qoşunları oradan mütləq çıxarılacaq və yaşayış məntəqələri bərpa olunacaq.

“Heç bir şübhə yoxdur. Onların nə vaxt çıxarılacağıilə bağlı konkret bir tarix vermək istəmirəm. Uşaqlar döyüşür”, – Putin deyib.

Putinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölgədə qalmasının mənası yoxdur.

“Hərbi mənada Ukrayna Silahlı Qüvvələrinin orada qalmasının mənası yox idi. Amma biz onları mütləq çıxaracağıq”, – Rusiya lideri söz verib.

Azpost.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью