Ukrayna Quru Qoşunlarının komandanı istefa verdi

01.06.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ukrayna Quru Qoşunlarının komandanı, general Mixail Drapatıy istefa verib.

Axar.az xəbər verir ki, bu barədə o özünün feysbuk hesabında məlumat verib.

“Bu, 239-cu poliqonda baş vermiş faciəyə, nəticədə əsgərlərimizin həlak olmasına görə mənim şəxsi məsuliyyət hissimdən irəli gələn düşünülmüş addımdır”, - Drapatıy bildirib.

Qeyd edək ki, bu gün Rusiya ordusunun zərbəsi nəticəsində Ukrayna Quru Qoşunlarının tədris mərkəzi vurulmuş, nəticədə 12 nəfər həlak olmuş, 60 nəfər isə yaralanmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью