Ukrayna qüvvələri bu şəhərdən geri çəkildi

23.12.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Seversk şəhərindən geri çəkiliblər. Bu qərar əsgərlərin həyatını xilas etmək üçün verilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Seversk ərazisində ağır döyüşlərin davam etdiyi qeyd edilib.

“Rusların texnika və canlı qüvvə baxımından əhəmiyyətli üstünlüyü var. Onlar ciddi itkilərə baxmayaraq hücumlarını davam etdirirlər”, - deyə bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью