Ukrayna Rastovu vurdu: 5 nəfər öldü KONKRET

16.08.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Ukraynanın Rusiyanın Rostov vilayətinə kütləvi PUA hücumu nəticəsində 5 nəfər ölüb.

KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində Rostov vilayətinin bir sıra yaşayış məntəqələrində evlərə, avtomobillərə və müxtəlif obyektlərə ziyan dəyib.

Rostov vilayətinin qubernatoru Yuri Slyusarın açıqlamasına görə, hücum zamanı Kamensk-Şaxtinski, Qukovo və Donetsk şəhərləri, eləcə də bir neçə rayon PUA hücumuna məruz qalıb.

Hadisə zamanı bəzi yaşayış binalarında yanğın baş verib, dağıntılar qeydə alınıb.

Rusiya tərəfi hücumun nəticələrinin araşdırıldığını və zərərçəkənlərə yardım göstərildiyini açıqlayıb.

Günay Əli 

KONKRET.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью