Ukrayna rekord sayda artilleriya qurğusu istehsal edir

26.04.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna hər ay 36 “Boqdan” özüyeriyən artilleriya qurğusu istehsal edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Army Technology” məlumat yayıb.

Qeyd olunur ki, hazırda bu qurğular üçün lazım olan komponentlərin təxminən 85 faizi ölkə daxilində istehsal olunur. İlin sonuna qədər isə bu göstəricinin 95 faizə çatdırılması planlaşdırılır.

Hazırda “Boqdan” ən azı 18 briqadanın silahlanmasına daxildir.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью