Ukrayna rəsmilərinin olduğu toplantı yeri vuruldu KONKRET

21.11.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ordusu Ukraynanın silahlı qüvvələrinin və hərbi-sənaye kompleksinin yüksəkvəzifəli rəsmilərinin, eləcə də əcnəbi nümayəndələrin toplantı yerinə zərbələr endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin operativ-taktiki aviasiya, zərbə PUA-ları, raket və artilleriya qoşunları tərəfindən Ukraynanın ehtiyacları üçün istifadə edilən enerji və nəqliyyat infrastrukturu obyektləri, pilotsuz uçuş aparatları və pilotsuz katerlərin istehsal və saxlanc yerləri, hərbi aerodromlar, eləcə də hərbi birləşmələrinin 148 rayondakı müvəqqəti dislokasiya məntəqələri vurulub. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin və hərbi-sənaye kompleksinin yüksəkvəzifəli rəsmilərinin, eləcə də xarici ölkə təmsilçilərinin müşavirə keçirdiyi məkana zərbə endirilib”, – deyə nazirlikdən bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью