Ukrayna Rılsk şəhərinə zərbə endirdi Altı nəfər öldü

20.12.2024

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ukrayna hərbçiləri Kursk vilayətinin Rılsk şəhərinə raket zərbələri endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rılski rayonunun rəhbəri Andrey Belousov məlumat yayıb.
Onun sözlərinə görə, bir neçə nəfər xəsarət alıb.
“Yaralananlar var. Nə qədər olduğunu hələ dəqiq bilmirik. Sosial obyektlər... Raketlər uçdu, şəhəri kütləvi atəşə tutublar”, - Belousov bildirib.
Onun sözlərinə görə, ümumilikdə 15-ə yaxın zərbə qeydə alınıb.
Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn bildirib ki, hücum nəticəsində biri uşaq olmaqla 6 nəfər həlak olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью