Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Ukrayna cəbhə xəttində robotların tətbiqini sürətləndirir.
Turkustan.az "The Telegraph”a istinadla yazır ki, bu robotlar artıq müharibənin "yeni siması"na çevrilib.
Ukraynanın ən yeni hərbi texnologiyalarından biri olan "İlan" adlı robot artıq ön cəbhədə Silahlı Qüvvələrə kömək edir.
Bu cihaz təhlükəsiz sığınacaqdan idarə olunan pilot vasitəsilə yerə yaxın hərəkət edərək Rusiya minalarını zərərsizləşdirir və ukraynalı əsgərlərin həyatını riskə atmadan təhlükəni azaldır.
"İlan" Ukraynanın 2025-ci ildə döyüş meydanına çıxarmağı planlaşdırdığı 15 min robot texnikadan ibarət böyük ordunun bir hissəsidir.
Məqsəd – daimi döyüşlər və Rusiya ordusunun say üstünlüyü fonunda yaranan insan resursu çatışmazlığını texnologiya ilə qismən kompensasiya etməkdir.
Bu sistemlər əsasən insan həyatını qorumaq üçün hazırlanıb. Lakin bəzi mütəxəssislər xəbərdarlıq edir ki, döyüşün avtomatlaşdırılması düşmən
Eyni zamanda bu, bizi gələcəyə baxmağa məcbur edir – burada döyüşləri əsgərlər yox, idarəetmə paneli arxasında oturan operatorlar və mühəndi