Ukrayna robotlarla mübarizə aparır: Müharibənin gedişi dəyişir

16.11.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukrayna robotları Rusiya dronlarını daha tez-tez vurmağa başlayıb, bu da hərbçilərə cəbhənin ən təhlükəli istiqamətlərindən bəzilərində hərəkət etməyə və döyüş əməliyyatları aparmağa imkan verir.

Axar.az xəbər verir ki, bu barədə "Biznes İnsayder" məlumat yayıb.

"Ukrayna bölmələri “kill zona” adlandırılan ərazidə insanlardan daha çox robotlardan istifadə etməyə çalışır, şirkətlər isə robotlara pilotsuz uçuş aparatlarını vurmaq üçün yeni imkanlar qazandırırlar",- məlumatda deyilib.

Ukraynanın “Da Vinçi canavarları” batalyonunun robototexnika sistemləri şöbəsinin rəhbəri Aleksandr Yabçanka Rusiya dronlarının cəbhədəki əsas problemlərdən biri olduğunu bildirib:

"Yerüstü robototexnika sistemləri bu problemin həllində mühüm rol oynaya bilər. Düşmən dronlarına qarşı effektiv müdafiə təmin olunarsa, təmas xətti boyunca döyüş əməliyyatlarının xarakteri əhəmiyyətli dərəcədə dəyişə bilər. Alçaq hündürlükdəki hava məkanının qorunması üçün yerüstü robototexnika sistemlərindən istifadəyə xüsusi ümid bəsləyirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью