Ukrayna Rostov vilayətinə PUA larla hucum edib

17.08.2026

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Rostov vilayəti üzərində 50-dən çox Ukraynaya məxsus PUA-nı vurub.

Bu barədə avqustun 17-də vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.

Onun sözlərinə görə, ötən gecə Rostov vilayətinə hava hücumunun dəf edilməsi zamanı PUA-lar Kamensk-Şaxtinski, Novoşaxtinsk, Bataysk, Taqanroq və Donetsk şəhərləri, eləcə də vilayətin Çertkovski, Kamenski, Tarasovski, Belokalitvinski, Millerovski, Kaşarski, Morozovski, Azovski və Şoloxovski rayonları üzərində məhv edilib.

Qubernator bildirib ki, hadisə nəticəsində zərərçəkənlər barədə məlumat daxil olmayıb. Həmçinin yerüstü obyektlərə dəyən ziyanla bağlı məlumatın olmadığı qeyd edilib.

Rusiya Müdafiə Nazirliyi isə avqustun 16-da gün ərzində Rusiyanın müxtəlif regionları, eləcə də Qara və Azov dənizlərinin akvatoriyaları üzərində 72 Ukrayna PUA-sının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью