Ukrayna: Rusiya 110 PUA ilə hücum həyata keçirib

15.05.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya ordusu bu gecə 110 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücumlar təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Teleqram hesabı məlumat yayıb.

Açıqlamada hücumun Ukraynanın Kiyev, Sumı, Dnepropetrovsk, Poltava və İvano-Frankivsk bölgələrində həyata keçirildiyi, Rusiya ordusunun 110 pilotsuz uçan aparatlarla hücumu həyata keçirdiyi bildirilib.

Açıqlamada Ukrayna ordusunun Hərbi Hava Qüvvələri tərəfindən 62 PUA-nın məhv edildiyi, 29 simulyator pilotsuz təyyarənin isə istiqaməti dəyişdirilərək zərərsizləşdirildiyi qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью