Ukrayna Rusiya danışıqlarından ilk görüntülər Avropa masadan kənarda qaldı?

10.11.2026

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşündən ilk görüntülər yayılıb.

Görüşdə amerikalılar və ev sahibi tərəfin nümayəndələri P formalı masanın mərkəzində əyləşiblər. Ukrayna və Rusiya nümayəndə heyətləri isə bir-birinin qarşısında yerləşiblər.

Fotolardan belə görünür ki, Avropa ölkələrinin bəyanatlarına baxmayaraq, onların nümayəndələri hələlik danışıqlar masasından kənarda qalıblar.

Halbuki cəmi bir neçə saat əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro Franceinfo radiostansiyasının efirində Almaniya, Fransa və Böyük Britaniyanın nümayəndələrinin birbaşa danışıqlar zalında iştirak edəcəyini bildirmişdi.

Reuters agentliyinin məlumatına görə, Barro onu da qeyd edib ki, atəşkəs rejimi razılaşdırılmadan və sülh əldə olunmadan Rusiya ilə Avropanın təhlükəsizliyi məsələsində heç bir müzakirə aparıla bilməz.

https://azpost.info/wp-content/uploads/2026/11/2026-11-10-11-25-24.mp4

AzPost.az

Post navigation

Previous: ABŞ Ukraynanın sərhədlərini dəyişməyi təklif edib – Donetsk və Luqanskla bağlı plan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью