Ukrayna Rusiya danışıqlarının yeni raundu nə zaman baş tuta bilər?

02.06.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Ukrayna iyunun 20-dən 30-dək Rusiya ilə danışıqların yeni raundunun keçirilməsini təklif edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İstanbuldakı danışıqların ikinci raundunda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən üdafiə naziri Rustem Umerov bildirib.

Bundan əlavə, Ukrayna və Rusiya nümayəndə heyətləri danışıqların ikinci raundu zamanı cəsədlərin mübadiləsinə dair razılığa gəliblər.

"Biz həmçinin, 6 000 həlak olmuş əsgər qarşılığında eyni sayda cəsədin qaytarılması ilə bağlı razılığa gəldik", - deyə o qeyd edib.

Umerov bu mübadilənin vaxtını və digər detalları açıqlamayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью