Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 25 PUA-sını məhv edib.
AzPost bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 21-də hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 25 təyyarə tipli pilotsuz uçuş aparatını vurub: Onlardan 12-si Rostov vilayəti, 8-i Bryansk vilayəti, 2-si Kaluqa vilayəti, 2-si Moskva vilayəti üzərində, o cümlədən biri Moskva vilayətinin ərazisinə, biri isə Krım ərazisində vurulub”.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazisinə daha çox uzaqmənzilli zərbələrin endirilməsinin lazım olduğunu bildirib.
AzPost.az Paylaş Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.