Ukrayna Rusiya ilə cəbhədə məğlub olur Mark Rütte AzPolitika onlayn siyasiictimai qəzet

13.11.2024

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Ukrayna hazırda Rusiya ilə cəbhədə məğlub olur”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Varşavada keçirdiyi mətbuat konfransında deyib.

“İndi bütün qış boyu və lazım gələrsə, uzunmüddətli perspektivdə biz Ukraynaya hərbi yardım axının davam etdiyinə əmin olmalıyıq. Onda biz Kiyevi ərazi itirdiyi mövqedən cəbhəni sabitləşdirmək və sonra ərazisini bərpa etmək mövqeyinə keçirə bilərik”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, NATO-nun Kiyevə hərbi dəstəyi son dərəcə vacib olaraq qalır. Rütte həmçinin Polşa hakimiyyəti ilə alyansın müdafiəsini gücləndirməyi müzakirə etdiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью