Ukrayna Rusiya ilə danışıqlar üçün şərtini açıqlayıb

27.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

”Ukrayna yalnız 2022-ci il, 23 fevral tarixinədək qüvvədə olan sərhədlərinin bərpa olunacağı təqdirdə danışıqlara hazır olacaq”.

APA-nın “strana.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak deyib.

O bildirib ki, bu addım münaqişənin nizamlanmasında dönüş nöqtəsi ola bilər: “Məhsuldar danışıqlar yalnız hər iki tərəf hərbi əməliyyatları dayandırmaq niyyəti nümayiş etdirərsə mümkündür. Bundan əlavə, ölkəmizin sərhədləri 23 fevral 2022-ci il tarixinədək mövcud olan səviyyədə bərpa edilməlidir. Çünki həmin tarixədək Ukrayanın bir hissəsi işğal edilmişdi”.

Qeyd edək ki, bir qədər əvvəl rəsmi Kiyev ölkənin 1991-ci ildə mövcud olan sərhədlərinin bərpasını tələb etmişdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью