Ukrayna Rusiya limanına zərbə endirib VİDEO

22.01.2026

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, liman terminallarının vurulması nəticəsində neft saxlanan neft çən yanıb.
Qubernator həmçinin hücum nəticəsində müəssisənin iki əməkdaşının həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını bildirib.
Daha sonra Ukrayna ordusunun Taman limanına hücumu nəticəsində ölənlərin sayının 3 nəfərə, yaralananların sayının isə 8 nəgərə çatdığı barədə xəbərlər yayılıb. Bu rəqəmi Krasnodar diyarının əməliyyat qrupu açıqlayıb. Yaralananlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Vitali Kliçko: “Kiyevdə kritik vəziyyət yaranıb” Dünən Rusiya mətbuatı Adıgey respublikasında bir evə pilotsuz təyyarənin zərbə endirdiyini bildirib. Daha sonra Rusiya hava hücumundan müdafiə raketinin həmin binanı vurduğuna dair xəbərlər yayılıb.
Respublikanın rəhbəri Murat Kumpilovun sözlərinə görə, dağıntıların təmizlənməsi zamanı insan qalıqları aşkar edilib.
Xatırladaq ki, daha əvvəl Rusyanın Ukrayna ərazisinə endirdiyi zərbələr nəticəsində bir sıra şəhər və vilayətlərdə, xüsusilə də paytaxt Kiyevdə kritik vəziyyət yaranıb.

Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью