Ukrayna Rusiya qazının nəqlini dayandırıb Energetika Nazirliyi

01.01.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

2025-ci il yanvarın 1-də saat 07:00-da Ukrayna öz qaz nəqli sistemi ilə Rusiya Federasiyasından təbii qazın nəqlini rəsmən dayandırıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna Energetika Nazirliyinin məlumatına görə, müvafiq qərar milli təhlükəsizlik maraqları baxımından qəbul edilib və bu barədə beynəlxalq tərəfdaşlar müəyyən edilmiş qaydada məlumatlandırılıb.

“Biz Rusiya qazının tranzitini dayandırdıq, bu, tarixi hadisədir. Rusiya bazarları itirir, maliyyə itkilərinə məruz qalacaq. Avropa artıq Rusiya qazından imtina etmək qərarına gəlib. Avropanın “Repower Aİ” təşəbbüsü isə Ukraynanın bu gün etdiklərini təmin edir”, - energetika naziri German Qaluşenko vurğulayıb.

Yanvarın 1-dən Ukraynanın qaz nəqli sistemi Rusiya qazının tranziti olmayan rejimdə işləyib. Əlavə edildiyi kimi, qaz nəqli sisteminin infrastrukturu əvvəlcədən sıfır tranzit rejimində işləmək və Ukrayna istehlakçılarının etibarlı qaz təchizatı üçün hazırlanıb.

Ötən gün Slovakiyanın baş naziri Robert Fiko Aİ liderlərinə Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiya qazının tranzitini dayandırdığına görə şikayət edib. Onun sözlərinə görə, Kiyevə Rusiyadan başqa digər qaz tranziti variantları da təklif olunub, lakin Zelenski bu təklifləri də rədd edib.

"Reuters"in məlumatına görə, tranzitin dayandırılması mühüm geosiyasi əhəmiyyətə malik olacaq. “Moskva Avropa İttifaqına qaz tədarükündəki dominant payını ABŞ, Qətər və Norveç kimi rəqiblərinə itirdi. Avropa üçün ucuz rus qazının tədarükünün itirilməsi əhəmiyyətli iqtisadi tənəzzülə, inflyasiyanın artmasına və yaşayış minimumunun artmasına səbəb oldu”,  - deyə məqalədə qeyd edilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью