Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib

10.09.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Nazirlər Kabineti Rusiya və Belarusla sərhəd boyunca xüsusi sərhəd rejimi tətbiq edib.

“Unian” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, məhdudiyyətlər dövlət sərhədi boyunca bir kilometr uzunluğunda zolaq daxilindəki torpaq sahələrinə şamil olunur.

“Hərbi vəziyyət dövründə Rusiya Federasiyası və Belarusla dövlət sərhədi boyunca 1 km enində torpaq sahələrində xüsusi sərhəd rejimi yaradılacaq”, - açıqlamada bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью