“Ukrayna Rusiya xüsusi təyinatlılarının “elitasını“ məhv etdi və hərbi zavoda raket zərbəs…
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Kiyev həm ön cəbhədə, həm də dərin arxada uğurlu əməliyyatlar həyata keçirərək Rusiyanın hərbi potensialına ağır zərbə vurur..." Ukrayna müdafiə qüvvələri Rusiya ordusunun ən gizli və hazırlıqlı bölmələrindən olan "Senej" və "Kubinka" xüsusi təyinatlılarını məhv edib.
Moderator.az xəbər verir ki, bu barədə "Xoçu jit" ("Yaşamaq istəyirəm") layihəsi məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.
"Elita içində elita"nın sonu Siyahıya əsasən, bu əməliyyatlar nəticəsində onlarla rusiyalı zabit - XƏQ (Xüsusi Əməliyyatlar Qüvvələri) və BKİ-nin (Baş Kəşfiyyat İdarəsi) yüksək ixtisaslı kadrları sıradan çıxarılıb.
Xüsusilə, Çerniqov yaxınlığında "Senej" mərkəzinə məxsus diversiya qrupu tamamilə məhv edilib.
54-cü kəşfiyyat taboru və sərhəd qoşunlarının birgə əməliyyatı zamanı altı rus zabiti öldürülüb, onların silah və sursatı ələ keçirilib.
Bu bölmələr Rusiya Baş Qərargahına birbaşa tabe olan, Qərb proqramları üzrə illərlə hazırlıq keçən elita qrupları hesab olunur.
Ekspertlər bildirir ki, belə döyüşçülərin itirilməsi Rusiya üçün strateji cəhətdən ciddi zərbədir, çünki onların hazırlanması illər və böyük resurslar tələb edir.
Tam oxu
Xəbəri oxu