Ukrayna Rusiyada dron zavoduna ZƏRBƏ ENDİRDİ VİDEO

13.01.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Taqanroq şəhərində pilotsuz uçuş aparatları üçün komponentlər istehsal edən müəssisə Ukrayna ordusu tərəfindən hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları yazıb.
Bildirilir ki, hücumdan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, fövqəladə xidmətlər hadisə yerinə cəlb olunub. Zərərin miqyası və mümkün itkilər barədə rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, son dövrlər Rusiya ərazisində, xüsusilə də hərbi-sənaye obyektlərinə qarşı hücumlar barədə məlumatlar artmaqdadır. Bu cür hadisələr fonunda yerli hakimiyyət orqanları və təhlükəsizlik strukturları əlavə tədbirlər görməyə başlayıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью