Ukrayna Rusiyada mühüm müəssisəni vurdu

12.08.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) pilotsuz təyyarələri Orenburq şəhərindəki “Orenburq Helium Zavodu”na zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat dərc edib. 

Məlumata görə, bu müəssisə Rusiyada raket istehsalı, kosmik sənaye və aviasiya sənayesi üçün kritik vacib komponent istehsal edən yeganə müəssisədir.

Qeyd edilib ki, Orenburq Helyum Zavodu Avropada helium qazı istehsal edən ən böyük zavodlardandır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью