Ukrayna Rusiyada “Şahed”lərin saxlama anbarını dronlarla vurdu KİV

09.08.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın Tatarıstan Respublikasında, Ukraynadan 1 000 km-dən də çox məsafədə yerləşən “Şahed” pilotsuz uşuş aparatlarının (PUA) saxlandığı anbara uzaqmənzilli PUA-larla zərbə endirib.

Bakupost.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən məlumat yayıb.

“Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin uzaqmənzilli pilotsuz uçuş aparatları Tatarıstan Respublikasının Qızıl-Yul yaşayış məntəqəsindəki logistika qovşağını vurub. Anbarda istifadəyə hazır “Şahed” hücum dronları və onların istehsalı üçün xarici komponentlər olub”, - mənbə vurğulayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью