Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dəmir yolu körpüsünün bir hissəsi uçub və 10 vaqon relsdən çıxıb
Bu gün Ukrayna dronları Bryansk bölgəsində dəmir yolu infrastrukturuna hücum edib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə bölgənin icraçı direktoru Yeqor Kovalçuk deyib.
Onun sözlərinə görə, Dyatkovo-Lyudinovo hissəsinə endirilən zərbələr nəticəsində dəmir yolu körpüsünün bir hissəsi uçub və 10 vaqon relsdən çıxıb.
Uneça rayonundakı dəmir yoluna da hücum edilib və nəticədə 18 boş vaqon relsdən çıxıb. Navlinski rayonunda dron relsə zərər verib, lakin qatarların hərəkəti planlaşdırıldığı kimi davam edib. Kovalçuk qeyd edib ki, hər üç hadisədə itki olmayıb.