Ukrayna Rusiyanı ATACMS raketləri ilə vurdu: Dəhşətli anlar başladı

19.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

Bu gün Ukrayna artıq Rusiya ərazisini Amerikanın uzaqmənzilli ATACMS raketləri ilə vurub.

Publika.az xəbər verir ki, bu barədə “Цензор.нет” (senzor.net) saytının baş redaktoru Yuri Butusov mənbələrə istinadən məlumat verib.

Onun sözlərinə görə, həmin raketlər Bryansk vilayətindəki sursat anbarına düşüb.

Xatırladaq ki, Dövlət Departamenti Baydenin Rusiyanın dərinliklərində uzaqmənzilli zərbələrə icazə verdiyini təsdiqləyib.

Kreml cavab verib ki, bu halda Ukraynaya nüvə silahı ilə cavab verəcəklər.

Adəm Abbaslı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью