Ukrayna Rusiyanı Fransa raketləri ilə VURACAQ Rəsmən TƏSDİQLƏNDİ

23.11.2024

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ukrayna Rusiyaya uzaqmənzilli Fransa raketləri ilə zərbə endirə bilər.

Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə verdiyi müsahibədə məlumat verib.

O qeyd edib ki, Ukrayna özünümüdafiə məqsədilə zərbələr endirə bilər, lakin Fransa silahlarının Rusiya ərazisində istifadəsi barədə hər hansı bir faktı təsdiq etməyib.

Barro əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya dəstək verərkən hər hansı məhdudiyyət qoymamalı və "qırmızı xətləri" müəyyən etməməlidirlər.

Jurnalistlərin, bu vəziyyətin Fransız qoşunlarının döyüşlərdə iştirak etməsi anlamına gəlib-gəlməyəcəyini sualına cavab olaraq, Barro belə deyib: "Biz heç bir variantı istisna etmirik."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью