Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Rusiya ilə Ukraynanın danışıqlar masasına oturması ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qismən yumşaltmasından sonra yenidən aktuallıq qazanıb. Müharibənin gedişi artıq çoxdan bütün etik qaydalara və müharibə qanunlarına riayət etməyi ayaqlar altına atıb. Doğrudur, Rusiya müharibənin ilk günlərindən beynəlxalq hüquq normalarına məhəl qoymurdu. Hazırda Ukrayna tərəfi də Rusiyanı öz "sulahı"ilə vurur".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, belə olan təqdirdə isə müharibə sadəcə iki ölkənin problemi olmaqdan çıxır:
"Rusiya neftayırma zavodlarının fəaliyyətində fasilələrin yaranması dünyada yanacaq qiymətlərinin qalxmasına, Ukrayna enerji və digər infrastrukturlarının dağıdılması isə bu ölkənin qərb partnyorlarından daha çox maddi dəstək istəməsinə səbəb olur. Müharibənin gedişi artıq ABŞ da daxil olmaqla qərb ölkələrində enerji qiymətlərinin qalxmasına səbəb olur ki, bu da həmin ölkələrdə daxili sabitlik üçün böyük təhdiddir. Bura ABŞ-İran və Yəmən-Səudiyyə Ərəbistanı qarşıdurmalarını da əlavə etsək enerji təhlükəsizliyi baxımından qərb dövlətləri üçün perspektiv o qədər də ürəkaçan deyil".
Elçin Ağamalı qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının başlamasına hazır olduğunu bildirsə də Rusiya hərbi əməliyyatların dayandırılması barədə fikir bildirməyib:
"Əksinə az öncə Rusiya Ukrayna ilə aralarında Ukrayna torpaqları hesabına təhlükəsizlik zonasının yaradılması barədə proqram qəbul etmişdir.
Putin hakimiyyəti davam etdiyi müddətcə Rusiyanın mövqeyini yumşaldacağı mümkün görsənmir. Ukraynaya dəstək verən böyük Avropa dövlətlərinin hökumıtləri isə ciddi daxili sınaqlarla üz üzədirlər. Böyük Britaniyanın tərkibinə daxil olan ölkələr suverenlik əldə etmək təşəbbüsü ilə çıxış edirlər. Fransada kütləvi sosial etirazlar dalğası baş qaldırırb. Almaniyada isə millətçilər hakimiyyətə doğru sürətlə irəliləyirlər. Bütün bu proseslərin fonunda gələn il üçün Ukraynaya maddi dəstəyin həcmi suallar doğurur. Görünən odur ki, Volodimir Zelenski də durumu anlayır və daha az şərtlər daxilində müharibənin dayandırılmasını dilə gətirir".
Elçin Ağamalı təəssüf hissi ilə qeyd edib ki, qarşıdurmanın bu mərhələsində Ukraynanın məğlubiyyəti qaçılmazdır:
"Ukraynaya vəd olunan NATO və Avropa Birliyinə üzvlüyü torpaqlarının 25 faizi işğal altında olduğu və hər zaman Rusiya ilə yenidən hərbi qarşıdurma riskinin olduğu müddətcə qeyri mümkün olacaqdır. Digər tərəfdən bu şərtlərin olmayacağı təqdirdə belə Ukraynanın Avropa Birliyinə üzvlük məsələsi reallıqdan uzaq idi.
Rusiya tərəfi noyabr ayında danışıqlar prosesinə başlamağa razılığını bildirmişdir. Danışıqlar zamanı Rusiyanın şərtləri dominantlıq təşkil edəcəkdir. Danışıqların nəticəsi isə fikrimcə, Rusiyanın şərtlərinin əsasən yerinə yetirələcəyi təqdirdə sülh sazişi ilə başa çatacaqdır".
Süleyman