Ukrayna Rusiyanın 2 “S 400”nü vurub

11.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, “Group 13” bölməsi iki ədəd S-400 Zenit Raket Kompleksinə – “Triumf” hava hücumundan müdafiə sistemi buraxılış qurğusuna və “Orion” dronlarının idarə olunmasında istifadə edilən antenaya zərbə endirib.

Məlumata görə, hücum zamanı FPV dronları ilə təchiz edilmiş “Magura” dəniz platformalarından istifadə olunub. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya tərəfinə dəyən potensial ziyanı on milyonlarla dollar həcmində qiymətləndirir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью