Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ukrayna ordusu Leninqrad vilayətindəki Ust-Luq limanına zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində limanın ərazisində güclü partlayış və yanğınlar qeydə alınıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko da hücumları təsdiqləyib.
Onun sözlərinə görə, ümumilikdə Leninqrad vilayəti üzərində 42 PUA zərərsizləşdirilib.
Qubernator limana hücum nəticəsində Ust-Luqdakı transformator yarımstansiyasının dağıldığını da bildirib.
NASA-nın FİRMS peyk xidməti də Ust-Luq limanında yanğınları qeydə alıb.
Qeyd edək ki, Ust-Luq Rusiyanın Baltik dənizindəki ən böyük neft limanlarından biridir.