Ukrayna Rusiyanın bu şəhərini VURDU: Şəhər avtomobil məzarlığına döndü

11.12.2024

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

- +

Tribunainfo.az xəbər verir ki, Rusiya dekabrın 11-nə keçən gecə Rostov vilayətinin Taqanroq şəhərinin raket hücumuna məruz qaldığını, nəticədə sənaye müəssisəsinin zədələndiyini və 14 avtomobilin yandırıldığını bildirib.

“İlkin məlumatlara görə, itki yoxdur. Dəymiş ziyanın məbləği müəyyənləşdirilir”, – qubernator Yuri Slyusar Telegram kanalında yazıb.

Taqanroq Rostov vilayətinin cənub-qərbində, Rostov-na-Donu ilə Mariupol şəhəri arasında yerləşir.

Bryansk da gecə saatlarında hücuma məruz qalıb, pilotsuz təyyarənin hücumu nəticəsində istehsalat zavodunda yanğın baş verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью