Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ukrayna PUA-larla Rusiyanın Ryazan vilayətinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.
O bildirib ki, hücum nəticəsində 3 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
Yaralananlar arasında uşaqların da olduğu bildirilir.
Hücum nəticəsində iki çoxmənzilli yaşayış binasına ziyan dəyib.
Yerli hakimiyyət orqanları sakinlərin təxliyəsini təşkil edib.