Ukrayna Rusiyanın daha bir neft emalı zavodunu vurdu Video

02.07.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın "Lukoil-Nijeqorodnefteorgsintez" şirkətinə məxsus Kstovo neft emalı zavoduna hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Hücum nəticəsində ərazidə güclü yanğın başlayıb.

Qeyd edək ki, Kstovo zavodu Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Obyektin illik ilkin neft emalı gücü təxminən 17 milyon ton təşkil edir ki, bu da ölkənin ümumi ilkin neft emalı gücünün təxminən 5-6 faizinə bərabərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью