Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, Ukraynanın “Naftoqaz” dövlət şirkətinin məlumatına görə, hədəfə alınan obyekt zədələnib və orada yanğın başlayıb.
“Hücum nəticəsində infrastruktura ziyan dəyib və obyektdə yanğın davam edir. Rusiya ilin əvvəlindən bəri “Naftoqaz” obyektlərinə 20 dəfədən çox hücum edib”, - şirkətin İdarə Heyətinin sədri Sergey Koretski bildirib.
Poltava Regional Hərbi Administrasiyasının rəisi Vyaçeslav Dyakivnıç də Mirqorod rayonundakı sənaye müəssisəsinə dron qəzası nəticəsində yaşanan yanğın barədə məlumat paylaşıb. Onun sözlərinə görə, heç kim xəsarət almayıb.
Rusiya ordusu Poltava vilayətindəki neft və qaz müəssisələrinə zərbə endirilməsi barədə heç bir açıqlama verməyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. “Hücum nəticəsində infrastruktura ziyan dəyib və obyektdə yanğın davam edir. Rusiya ilin əvvəlindən bəri “Naftoqaz” obyektlərinə 20 dəfədən çox hücum edib”, - şirkətin İdarə Heyətinin sədri Sergey Koretski bildirib.