Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyev bildirib ki, hava hücumundan müdafiə sistemləri səhər saatlarında Moskva vilayətinə yönəlmiş pilotsuz uçuş aparatı (PUA) hücumunu dəf edib.
Turkustan.az xəbər verir ki, Vorobyev sosial media hesabında paylaşdığı açıqlamada hücum nəticəsində ən böyük ziyanın Çexov rayonu yaxınlığında qeydə alındığını bildirib. Onun sözlərinə görə, Novoselki sənaye zonasında pilotsuz uçuş aparatının zərbəsi nəticəsində bir neçə yanğın baş verib.
Qubernator qeyd edib ki, ən böyük yanğın anbarda baş verib və artıq söndürülüb. Bundan başqa, elektrik yarımstansiyasına və inzibati binaya da ziyan dəyib. Hazırda bütün fövqəladə xidmətlərin hadisə yerində işlədiyi bildirilib.
Vorobyev hücum nəticəsində ilkin məlumata əsasən, 5 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını açıqlayıb.
"Bütün yaralılara zəruri tibbi yardım göstərilir", – deyə o əlavə edib.
Aytən Yaşar/ Turkustan.az