Ukrayna Rusiyanın mövqelərini HIMARS ilə vurdu

08.02.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri Bryansk bölgəsinə "Neptun" raketləri və HIMARS çoxnövlü raket sistemləri ilə zərbələr endirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz "Telegram"da yazıb.

Rəsmi məlumata görə, hücum nəticəsində yeddi bələdiyyədə istilik və enerji təchizatı sıradan çıxıb, Vıqoniçski rayonunda isə iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar.

"Şəxsi yaşayış binaları, inzibati bina və kilsə zərər görüb", - deyə regional qubernator əlavə edib.

Ukrayna bu gün Belqorodda elektrik stansiyasını vurub. Hücum Amerikanın HIMARS raket sistemi ilə həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью