“Ukrayna Rusiyanın mülki əhaliyə hücum imkanlarını hədəfə alıb” NATO baş katibi KONKRET

04.06.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi “Pautina” əməliyyatı ilə bağlı NATO-nun baş katibi Mark Rütte Brüsseldə keçirilən mətbuat konfransında açıqlama verib.

KONKRET.az xəbər verir ki, Rütte bu əməliyyatı şərh edərək Ukraynanın məqsədinin “rusların günahsız ukraynalı mülki şəxslərə hücum imkanlarını sıradan çıxarmaq” olduğunu bildirib.

“Ukraynalılar Rusiyanın mülki şəxslərə hücum imkanını hədəfə alıblar. Mən bunu tam şəkildə anlayıram və nəzərə alıram. Lakin hər bir addımı ayrıca şərh etmək və bunun müharibəyə təsirini qiymətləndirmək həmişə faydalı olmur”, – deyə NATO rəhbəri vurğulayıb.

Rütte əlavə edib ki, Ukrayna bu müharibədə NATO müttəfiqlərinin tam dəstəyinə malikdir və hər kəs Kiyevin mümkün danışıqlarda güclü mövqeyə sahib olmasını istəyir.

Bununla belə, o, “Pautina” əməliyyatı zamanı Ukraynanın NATO kəşfiyyatından istifadə edib-etmədiyinə dair sualı cavabsız qoyub.

Natiq Səlim, KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью