Ukrayna Rusiyanın Perm şəhərindəki neft zavodunu hədəfə aldı

23.11.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Perm vilayətinin qubernatoru Dmitri Mahonin Ukraynanın Rusiyanın Perm bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib. Hücum nəticəsində sənaye müəssisəsinə ziyan dəydiyi qeyd olunub.

Turkustan.az xəbər verir ki, Mahonin yazılı açıqlamasında hava hücumundan müdafiə sistemlərinin bölgəyə yönələn dron hücumunun qarşısını almaq üçün fəaliyyət göstərdiyini bildirib.

Qubernatorun sözlərinə görə, hücum nəticəsində sənaye müəssisəsinə ziyan dəyib. İlkin məlumata əsasən, xəsarət alan olmayıb. Hazırda təcili yardım qrupları hadisə yerində işlərini davam etdirir.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə Perm şəhərində yerləşən “Lukoyl” neft emalı zavoduna azı üç dronun düşdüyü və nəticədə yanğın baş verdiyi iddia edilib.

Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan zavod ildə 13 milyon tondan çox xam neft emal edir. Burada benzin, dizel, reaktiv yanacaq və sürtkü yağları istehsal olunur.

Aytən Yaşar/Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью