Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır. Vaxtilə Rusiya hərbi dəniz qüvvələrinin fəxri sayılan Qara dəniz donanması Ukraynad
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ ordusunun keçmiş zabiti, hərbi analitik Brent İstvud bildirib.
Onun sözlərinə görə, donanmanın məhv edilməsi “Moskva” kreyserinin batması ilə başlayıb.
Ardınca PUA hücumları və Ukraynanın dəqiq gəmi əleyhinə raketləri Rusiyanın hərbi dəniz qüvvələrinə öldürücü zərbə vurub.
İstvud qeyd edib ki, müharibədən sonra Rusiyanın dəniz strategiyası iflasa uğrayıb: “Krım müharibəsindən bəri Rusiya Qara dənizi imperiyaya məxsus “Rus gölü” hesab edirdi.
Bura Ukraynadakı müharibə zamanı Rusiya donanması üçün öz üstünlüyünü göstərmək baxımından strateji su hövzəsi idi.
Müharibənin əvvəlində rus donanması üstün mövqedəydi. Hətta buradan amfibiya əməliyyatı ilə Odessanı tuta biləcəyi ilə bağlı fikirlər səslən
Amma bu proqnozlar özünü doğrultmadı, reallığın fərqli olduğu üzə çıxdı.