Ukrayna Rusiyanın qaz daşıyan gəmisinə zərbə endirdi

04.03.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Aralıq dənizində Rusiyaya məxsus qaz daşıyan gəmiyə pilotsuz katerlərlə hücum edib.
Demokrat.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, “Arktik Metagaz” gəmisinin 30 nəfərlik heyətinin hamısı xilas edilib.
Nazirlik bu hücumu “beynəlxalq terror aktı” kimi qiymətləndirib.
Qurumdan bildirilib ki, hücum Avropa İttifaqı ölkələrinin hakimiyyət orqanlarının səhlənkarlığı şəraitində həyata keçirilib və bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən mütləq qiymətləndirilməlidir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью