Ukrayna Rusiyanın raket zavodunu vurdu

07.02.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi əməliyyatlar mərkəzinin uzaqmənzilli dronları Rusiyanın Tver vilayətinin Redkino kəndində yerləşən raket yanacağı komponentləri istehsal edən tədqiqat zavoduna hücum edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. 

Zərbələr nəticəsində zavodun ərazisində genişmiqyaslı yanğın başlayıb və qatı tüstü qeydə alınıb.Mənbələrə görə, Redkino tədqiqat zavodu Rusiyanın “X-55” və “X-101” raketləri üçün “Decilin-M” yanacaq komponentləri, eləcə də dizel yanacağı və aviasiya kerosini üçün yanacaq əlavələri istehsal edir. 

Tver vilayətinin qubernatoru vəzifəsini icra edən Vitali Korolyov dron hücumundan sonra bölgədəki müəssisələrdən birində yanğın baş verdiyini deyib.
O, istehsal müəssisəsinin zədələnməmiş kimi göründüyünü bildirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью