Ukrayna Rusiyanın Rostovdakı hərbi aerodromuna zərbə endirdi VİDEO

12.09.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 12-nə keçən gecə Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində bir sıra güclü partlayışlar baş verib.
Bizim.Media OSİN-ə istinadən xəbər verir ki, şəhərə PUA hücumundan sonra bir neçə ərazidə yanğın qeydə alınıb.
 

Məlumata görə, yanğınlardan biri Rusiyanın 708-ci hərbi-nəqliyyat aviasiya alayının dislokasiya olunduğu "Taqanroq-Mərkəzi" hərbi aerodromunda baş verib.


Qeyd edək ki, strateji obyektin yaxınlığında nəqliyyat təyyarələrinin təmiri ilə məşğul olan 325-ci aviasiya təmiri zavodu yerləşir.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью