Ukrayna Rusiyanın Saratovdakı neft bazasına PUA zərbəsi endirib | Icma.az
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Ukrayna ordusu Rusiyanın Saratov vilayətinə PUA zərbələri endirib.
Azpost bildirir ki, Engels şəhərinin sakinləri şəhərdə partlayışlar barədə məlumat verilər.Həmçinin neft bazası ərazisində baş verən böyük yanğının fotolarını paylaşırlar.
Yerli sakinlərin sözlərinə görə, azı 5 partlayış səsi eşidilib. Məlumatı şəhər rəhbərliyi təsdiq edib.
Engels şəhəri PUA hücumuna məruz qalıb. “Hava Hücumundan Müdafiə Qüvvələri PUA-nı vurub. Engelsdəki sənaye obyektinə dağıntılar düşüb.
Hadisə yerində yanğınsöndürmə briqadaları və fövqəladə xidmətlər işləyir”, – Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu