Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, Mordoviya respublikasının rəhbəri Artyom Zdunov öz telegram-kanalında bununla bağlı paylaşım edib.
“Nəticədə müəssisələrimizdən birinə ziyan dəyib. Təcili yardım xidmətləri hadisə yerindədir, bütün lazımi resursları səfərbər edilir”, - Zdu
Lakin, o, müəssisəni nəzərdə tutduğunu və itkilərin olub-olmadığını dəqiqləşdirməyib.
“Astra” portalının məlumatına görə, Saransk şəhərinin Sənaye rayonunda yerləşən mexanika zavodu vurulub.
“Rostex” dövlət şirkətinin bir hissəsi olan bu müəssisə müxtəlif avadanlıqlardan əlavə, barıt, pirotexniki vasitələr və raket yanacağı istehsal edir.
Qeyd edək ki, Mordoviya Ukrayna ilə sərhəddən təxminən 700 km məsafədə yerləşir.
Dronlar respublikaya ilk dəfə 2024-cü ilin aprelində hücum ediblər.