Ukrayna Rusiyanın ürəyini vurdu

25.07.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

25 iyul gecə saatlarında Ukrayna Təhlükəsizlik Xidməti Xəzər dənizində və Rostov-Donda Rusiyanın bir sıra hərbi hədəflərinə uzaqmənzilli dronlarla zərbələr endirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsilik Xidməti məlumat yayıb.  

Ukrayna dronları Rusiyanın 12418 layihəli “Molniya” raket katerini vurub.USQ-nin məlumatına görə, beynəlxalq sanksiyalar altında olan, İranla Rusiya arasında hərbi yük daşımaq üçün istifadə edilən “Port Olya 2” yük gəmisi və “Begey” karqo gəmisi də hücuma məruz qalıb. Xəzər dənizindəki “Filanovski” yatağının neft platforması da zədələnib.

Rusiya ordusunun Rostovdan Ukraynaya atəş açmaq üçün istifadə etdiyi “S-400 Triumph” zenit-raket sisteminin bir hissəsi olan “92N6E Grave Stone” çoxfunksiyalı radar stansiyası da PUA-larla vurulub. 

Hücum zamanı həmçinin, Rusiyanın “Tor-M2” hava hücumundan müdafiə sistemi, “Pole-21” elektron mübarizə sistemi və iki ədəd Rusiya “FPV” dron qatarı məhv edilib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью