Ukrayna Rusiyaya “ağıllı bomba”larla hücum edib Rusiya MN

26.01.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyaya "ağıllı bomba"larla hücum edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın hava hücumlarından müdafiə qüvvələri iki idarəolunan aviabombanı zərərsizləşdirib.

Məlumata görə, məhz bu cür bombalar “ağıllı bomba" adlanır. Belə ki, sözügedən bombalar digərlərindən yüksək dəqiqliyi və böyük tətbiqat radiusunun olması ilə fərqlənir.

Hücumun təfərrüatları və bombanın modeli açıqlanmır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью