Ukrayna Rusiyaya bu qış ciddi enerji problemi yarada bilər Zelenskidən ANONS

17.09.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Ukrayna prezidenti Volodimir Zelenski bu qışda Rusiyada enerji probleminin yaşanacağını bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə “Noviny.LIVE” Telegram kanalı məlumat yayıb.

Zelenski təfərrüatı açıqlamasa da, ehtimal olunur ki, enerji problemi Ukrayna ordusunun Rusiyada enerji təchizatlarına endirdiyi zərbələrdən qaynaqlanacaq.

"Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına bu qız zərbə endirəcəyinə eyham vurub" - kanalın şərhində bildirilir.

Zelenski bəyan edib ki, Ukrayna ordusu Rusiya qoşunlarının Ukraynaya hücumlarının qarşısını alacaq əməliyyatlar planlaşdırır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью