Ukrayna Rusiyaya güzəştə hazırdır Kelloq

01.05.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna tərəfi münaqişənin həlli üçün ərazi güzəştlərinə getməyə hazırdır, lakin bunu hüquqi cəhətdən tanımaq istəmir.

Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox Nyus” telekanalına müsahibəsində bildirib.

"Ukraynalılar Rusiyanın faktiki işğal etdiyi əraziləri hüquqi cəhətdən əbədi olaraq tanımasalar da, güzəştə hazırdırlar. Onlar bu variantla razılaşırlar. Başa düşürlər ki, atəşkəs əldə olunanda tərəflərdən hər biri tutduğu mövqelərdə qalacaq. Məhz buna hazırdırlar. Keçən həftə mənə dedilər ki, bu sazişi artıq müzakirə ediblər”, - deyə Kelloq bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью