Ukrayna Rusiyaya hücumlarını davam etdirir

25.12.2024

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Ukrayna  silahlı qüvvələri dünən Rusiyanın Belqorod vilayətinin iki yaşayış məntəqəsinə hücum edib. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

 "İki yaşayış məntəqəsi Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarına  məruz qalıb"- deyə qubernator Telegram-kanalında bildirib.

 Qladkov məlumat verib ki, Volokonov rayonunu Şaxovka xutoruna edilən dron hücumları nəticəsində zərərçəkən olmasa da, sosial obyektlərə yüngül zərərlər dəyib.

 Elə həmin gün, Ukrayna əsgərləri vilayətin daha üç yaşaylş məntəqısinə  hücum edib, bir nəfərin yaralandığı bildirilir.

 Rüstəm Hacıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью