Ukrayna Rusiyaya ilk dəfə özünün ballistik raketini atdı

13.10.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ukraynanın “FirePoint” müdafiə şirkəti ilk dəfə ölkə istehsalı olan ballistik raketin Rusiya ərazisinə buraxıldığını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru İrina Tereh yerli mediaya bildirib.

Onun sözlərinə görə, söhbət 300 kilometrədək mənzilə malik FP-7 taktiki raketindən gedir.

İrina Tereh bildirib ki, Ukraynada daha uzaq məsafəyə uça bilən ballistik raket üzərində də işlər davam etdirilir. Onun sözlərinə görə, yeni raketin də bu il təqdim olunması gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью