Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna rus əsgərlərinin döyüş əzmini qırmaq üçün radio yayımlarına əl atıb.
Turkustan.az xəbər verir ki, ABŞ-nin "New York Times" qəzetinin məlumatına görə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiya radiostansiyalarını təqlid edən proqramlar vasitəsilə rus musiqisi ilə müşayiət olunan təslim olma çağırışları yayımlayır. 2024-cü ildə başlanan psixoloji əməliyyat çərçivəsində süni intellekt əvvəlcə sovet dövrünə nostalji oyadan mahnılar yaratmaq üçün istifadə edilsə də, zaman keçdikcə rus musiqisinin müharibə əleyhinə olan klassik nümunələrinə üstünlük verilib.
Rus musiqi qruplarının mahnılarının səsləndirildiyi verilişlərdə cəbhə xəttindəki vəziyyət və hərbi əsirlər haqqında xəbərlər də yer alır. Xarkov vilayətində yayımlanan "Radio Piyada" stansiyası üçün proqramlar hazırlayan "Humanist" kod adlı ukraynalı əsgər bildirib ki, əsas məqsəd rus hərbçilərində vətən həsrəti oyatmaq və müharibənin mənasız olduğu fikrini aşılamaqdır. Bu yayımların rus əsgərlərinə nə dərəcədə təsir etdiyi isə hələlik məlum deyil.
Aytən Yaşar/ Turkustan.az